Modern.az

Bakıdakı Səadət sarayı dekabrın sonlarında istifadəyə veriləcək

Bakıdakı Səadət sarayı dekabrın sonlarında istifadəyə veriləcək

13 Dekabr 2011, 15:17


Məşhur milyonçu Murtuza Muxtarovun 20-ci əsrin əvvəllərində inşa etdirdiyi və hazırda təmir olunan Səadət sarayı ya bu ilin sonunda, ya da ən geci 2012-ci ilin yanvar ayında yenidən istifadəyə veriləcək. Modern.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

A.Rəhimovun sözlərinə görə, Səadət sarayının təmiri üçün 36 milyon manat ayrılıb, amma həmin vəsaitin bir hissəsi vergiyə cəlb olunub.

Qeyd edək ki, Səadət sarayının təmiri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılır və bərpa işlərinə İtaliya və Serbiyadan olan  mütəxəssislər cəlb edilib.

Sarayın zədələnməməsi üçün fasad əl üsulu ilə təmizlənir. İşıqlandırma məqsədilə burada 240 ədəd xüsusi çıraqdan istifadə olunacaq. Binanın qış bağı və rəqs zalı müxtəlif çiçəklər və dekorativ bitkilərlə bəzədiləcək. Su kəməri və kanalizasiya sistemi tamamilə yenilənib. Bina isə bütünlüklə kompüterləşdirilir.

Uzun illərdir Səadət sarayı kimi fəaliyyət göstərən bu bina vaxtilə milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza Turqanovaya hədiyyəsi olub. Həyat yoldaşının Venesiyadakı saraya heyranlığını görən Murtuza Muxtarov Bakıda da belə bir binanın inşasına qərar verib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?