Modern.az

Güclü zəlzələ Yaponiyanı silkələdi

Güclü zəlzələ Yaponiyanı silkələdi

Dünya

10 Mart 2019, 22:15

Yaponiya sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 17:10-da Fukusima prefekturasında İvaki şəhərindən 134 km şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 14.7 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir