Modern.az

“Belə yeni metodlar Qarabağ həqiqətlərinin yayılmasında mühüm rol oynaya bilər”

“Belə yeni metodlar Qarabağ həqiqətlərinin yayılmasında mühüm rol oynaya bilər”

12 Mart 2019, 12:56

Türkiyədə “Antalya Fashion Week 2019” adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı Şervin Nəcəfpurun “I’m a Star” kolleksiyası nümayiş olunub. Kolleksiyada modellərin çıxışı zamanı fonda Azərbaycanın ərazi bütövlüyünün, eləcə də işğal olunmuş şəhərlərinin adı “I’m a star in Khojaly”, “I’m a star in Shusha”, “I’m a star in Tabriz” və s. yayımlanıb. Sonda nümayişin əsas ulduz modeli olan “Mister Azərbaycan” və “Best Model” yarışmalarının qalibi Şakir Əhmədzadə podiuma “I’m a star in Karabakh” şüarı ilə çıxıb.

Bu kimi işlər Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında faydalı ola bilərmi?

Məsələ ilə bağlı Modern.az-a  danışan Milli Məclisin deputatı,  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili deyib ki, dünyada artıq informasiyanın çatdırılmasında fərqli və yeni metodlardan istifadə olunur.

“Təcrübə göstərir ki, bu cür innovativ metodlar insanlara daha çox təsir edir. Qarabağ həqiqətlərinin dünyaya yayılmasında belə yeni metodlardan istifadə edilməsini yüksək qiymətləndirmək lazımdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı