Modern.az

“Hər an ermənilərlə toqquşa bilərik” - Hərbi ekspert  

“Hər an ermənilərlə toqquşa bilərik” - Hərbi ekspert  

12 Mart 2019, 16:39

Azərbaycan Ordusu bir neçə gündür genişmiqyaslı təlimlər keçirir. Zaman-zaman keçirilən təlimlər düşməni də qorxuya salır.

Bəs bu təlimlərin əhəmiyyəti nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Azad İsazadə deyib ki, hər ilin sonunda gələn il üçün təlim proqramları qəbul olunur:

"Təbii ki, bu, ilkin mərhələdə məxfi saxlanılır, vaxtı çatanda açıqlanır. Planla bütün hərbi hissədələrdə, qruplarda təlimlər keçirilir. Sözsüz ki, böyük təlimlər də planlaşdırılır, konkret tarixi də var. Bəzən siyasi vəziyyət, cəbhədə vəziyyət dəyişəndə, yeni texnika gələndə onunla istifadəni öyrənmək üçün təlim planlarına dəyişikliklər edilə bilər. Ümumiyyətlə, Qarabağla bağlı məsələ qeyri-sabitdir. Siyasi danışıqlar hələlik dondurulub. Üstəlik yaz gəlir, dağlarda qar əriyir, hücum üçün daha yaxşı şərait yaranır. Hər an ermənilərlə toqquşa bilərik. Yada salaq, Ermənistanın müdafiə naziri bəyan edib ki, “biz gözləməyəcəyik Azərbaycan hücuma keçsin, onları qabaqlayıb ilk zərbəni vuracağıq”. Bu baxımdan təlimlərin forması daha da mürəkkəb olmalıdır”.

Ekspert bildirib ki, təlimin iki böyük məqsədi var:

"Birincisi ayrı-ayrı hissələr, batalyonlar, briqadalarla birgə fəaliyyət göstərmək, hərbi tədris məqsədilə keçirilir. İkinci də hər bir təlim hərbi, siyasi güc göstərmək məqsədi daşıyır. Təəccüblü deyil ki, böyük təlimlərə adətən xarici səfirliklər, hərbi attaşelər dəvət olunur ki, onlar da müşahidə etsinlər, görsünlər ki, ordu səviyyədədir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı