“Kurtlar Vadisi” serialının “Halo dayı”sı, sevilən aktyor Sönməz Atasoy dünyasını dəyişib. Türkiyənin məşhur aktyoru infarkt səbəbi ilə aparıldığı xəstəxanada bir həftə davam müalicələrdən sonra vəfat edib. Modern.az saytının “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, S.Atasoy keçən 3-cü günü İspartada çəkilən “Sakarya Fırat” serialının çəkiliş meydanında infarkt keçirmişdi.
Sönməz Atasoyun böyrəklərinin işləməməsi səbəbilə o, bir gün əvvəl dializ aparatına qoşulub. Bu sırada vəziyyəti pisləşən aktyorun ürəyi dayanıb və həkimlər onu həyata qaytarmaq üçün böyük səy göstərsələr də, bu nəticəsiz qalıb.
Modern.az