Modern.az

Rusiya Ermənistanda hərbi vəziyyət elan edib: Azərbaycanla sərhəddə raket divizonu yerləşdirilib

Rusiya Ermənistanda hərbi vəziyyət elan edib: Azərbaycanla sərhəddə raket divizonu yerləşdirilib

Təhsil

15 Dekabr 2011, 15:37

ABŞ-ın İrana hucum  təhlükəsi  Kremli hərəkətə gətirib


ABŞ-ın İrana mümkün zərbələri ilə bağlı Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazası bir saylı hərbi vəziyyət elan edilib. Modern.az bildirir ki, bu barədə  nüfuzlu “Nezavisimaya Qazeta” Rusiya Müdafiə Nazirliyindəki hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbi bazada xidmət edən zabitlərin ailələri Rusiyaya göndərilib, İrəvanın yaxınlığında yerləşdirilmiş rus qarnizonunda ixtisar aparılıb. Bununla yanaşı, hərbi birləşmələr Türkiyə sərhəddi ilə yaxın olan Gümrü rayonuna aparılıb.  Rus hərbi analitiklərinin təxminlərinə görə, məhz Türkiyə ərazisindən İrana zərbə endirilməsi gözlənilir.

Hərbi nazirlikdəki mənbələrin qəzetə verdiyi məlumata görə, ABŞ-ın dəstəyi ilə İsrailin İranın nüvə obyektlərinə zərbə vuracağı barədə məlumatlar Kremlə daxil olub. Zərbə qəfil olacaq və “X gününə” təyin edilib.

ABŞ-ın İrana hucum edəcəyi təqdirdə 102-ci bazanın hansı addımlar atacağı hələik aydın deyil. Amma bəlli olan odur ki, dekabrın 1-dən etibarən Cənubi Osetiyada, Abxaziyada olan rus qoşunları hərbi hazırlıq vəziyyətinə gətirilib. Rusların Qara Dəniz donanması isə Gürcüstanla sərhəd sularında hərəkət edir. 
Bundan başqa Dağıstanın Azərbaycanla sərhəddində olan İzberbaşı bölgəsində “Bal-E” sahil raket əleyhinə kompleksi yerləşən sahil raket divizionu daimi  hərbi  hazırlıq vəziyyətinə gətirilib. Bu raketlər 130 km-lik həddə hədəfi vurmaq qabiliyyətinə malikdir.  Həştərxandan Mahaçqala və Kaspiyskə isə Xəzər donanmasının bütün raket katerləri gətirilib.  Bura “Tatarıstan” raket gəmisi, kiçik artelerriya gəmisi “Volqadonsk” və raketdaşıyan gəmi olan “Dağıstan” daxildir. Bu gəmilərdə olan raketlər 200 km-lik hədəfi vurma qabiliyyətindədirlər. İranla müharibə olacağı zaman hərbi hazırlıq vəziyyətinə gətilirilmiş bu hissələrin hansı tapşırığı icra edəcəkləri barədə heç bir rəsmi məlumat açıqlanmır.

Xatırladaq ki, bu ilin aprelində Gürcüstan Rusiyadan Ermənistana hərbi yüklərin daşınması ilə bağlı razılığı ləğv edib.  Cənubi Qafqazdakı rus-erməni hərbi hissələri demək olar ki, izolə edilib.

Cənubi Qafqazda rus ordu komandanın müavini olmuş general-leytenant Yuri Netkaçev qəzetə bildirib ki, İrana qarşı müharibə başlanacağı təqdirdə Rusiya öz qoşunalrını təchiz etmək üçün Gürcüstan vasitəsilə yol tapacaq.
“Görünür biz gürcülərin nəqliyyat blokadasını dağıtmalı olacağıq”-deyə general vurğulayıb.

Hazırda rus hərbi elitası Azərbaycana son dərəcə ehtiyatla yanaşır. “Azərbaycan son üç ildə özünün hərbi büdcəsini 3 dəfə artırıb və İsraildən pilotsuz təyyarələr alıb. Bakı Qəbələ RLS üçün icarə haqqının artırmaq üçün Moskvaya təzyiqini gücləndirib”-deyə Hərbi proqnozlar Mərkəzinin direktoru Anatoli Sıqanyuk qeyd edib ki, Bakının antiİran koalisiyasına qoşulacağı inandırıcı deyil. 

Digər hərbi ekspert polkovnik Vladimir Popov bildirib ki, bu situasiyada Azərbaycan Dağlıq Qarabağı qaytarmaq üçün müharibəyə başlaya bilər. “Burada əsas olan Rusiyanın özünü necə aparması olacaq. Əgər İranla müharibə fonunda Türkiyənin dəstəyi ilə Azərbycan müharibəyə başlasa, o zaman Rusiya Ermənistanla birgə bu hucumların qarşısını alacaq”-deyə Popov vurğulayıb..   

Analitiklər isə İranla bağlı münaqişədə Rusiyanın iştirak edəcəyini istisna etmirlər.

Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...