Modern.az

Putin müxalifəti təqhir edib: “Elə bildim onların sinəsindən asılan prezervativdir”

Putin müxalifəti təqhir edib: “Elə bildim onların sinəsindən asılan prezervativdir”

Təhsil

15 Dekabr 2011, 16:15

Rusiyanın baş naziri Vladimir Putin bu gün canlı yayımda Rusiya vətəndaşlarının suallarına cavab verib. Putin bildirib ki, Dövlət Dumasına seçkilər ölkədəki gerçək qüvvələr nisbətini əks etdirir.

Müxalifətin etiraz əlaməti olaraq "ağ bantlar" taxmasını isə Putin prezervativlə müqayisə edib.

"Mən ekranda etirazçıların sinəsində ağ bantları görəndə, biədəb də olsa deyəcəm, elə bildim bu AİDS-lə mübarizənin təşviqidir, onlar kontraseptivləri sinələrindən asıblar".

"Müxalifətin narazı olmasında bir yenilik yoxdur. Bu həmişə belə olub" deyə Putin bildirib.

Putinə görə, müxalifət həmişə hakimiyyət uğrunda mübarizə aparır, həmişə seçkinin ədalətsiz olduğunu deyir.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...