Modern.az

AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa buraxıldı - FOTO

AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa buraxıldı - FOTO

17 Mart 2019, 10:13

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra olunmaqdadır. Modern.az xəbər verir ki,  Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var.

G.bayramlı 2018-ci ilin yanvarında Qazax rayon məhkəməsi tərəfindən qaçaqmalçılıqda təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Eyni zamanda 2013-cü ilin iyun ayında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə itəqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunmuş Şəmsiyyə Bəylərqızı da bu cəzaçəkmə müəssisəsindən evə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı