Modern.az

Xələc həbsxanasında 13 nəfər azadlığa buraxıldı - FOTO

Xələc həbsxanasında 13 nəfər azadlığa buraxıldı - FOTO

17 Mart 2019, 13:10

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Salyan rayonunun Yenikən kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

 

Modern.az-ın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin nümayəndələri, hüquq müdafiəçisi Rauf Zeyni və KİV təmsilçiləri də iştirak ediblər.

 

Bu müəssisədə cəza çəkən 13 nəfər azadlığa buraxılıb və onlara arayışlar təqdim olunub.

 

Əfv olunaraq azadlığa çıxan şəxslər sərəncama görə dövlət başçısına təşəkkür ediblər. 

 

Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı