Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində neftçilərlə polis arasında qanlı toqquşma baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, polis aksiya iştirakçılarına atəş açıb. Ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı məlum deyil.
***
Neft şəhərciyi olan Janaozendə polislə neft işçilərinin toqquşmalarında 10 etirazçı həlak olub. Bunu Qazaxıstanın baş prokuroru Askhat Daulbayev deyib.
Baş prokuror nümayişçilərə atəş açılması fikirlərini isə təkzib edib.
Dövlət neft şirkəti olan KazMunaiGasın işçiləri maaşlarının qaldırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Etirazlar 6 ay bundan qabaq başlanıb.
Tətilə çıxdığına görə yayda min adam işdən qovulub.
***
“Youtube” sosial şəbəkəsində aksiyadan çəkilən videolent yerləşdirilib.