“Eurovision-2012” Mahnı Müsabiqəsinin rəsmi milli saytı yaradılır. Modern.az xəbər verir ki, “Eurovision” İşçi qrupunun məlumatına görə, hazırda saytın dizaynı üzərində işlər gedir. www.eurovision.az saytında müsabiqəyə hazırlığa dair ən son məlumatlar, milli seçim turlarına dair operativ xəbərlər, “Eurovision” Mahnı Müsabiqəsi haqqında reportajlar, foto və video materiallar təqdim olunacaq.
“Eurovision” Mahnı Müsabiqəsininm rəsmi milli saytında xəbərlərlə yanaşı, həmçinin Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası və s. haqqında məlumatlar da yer alacaq. Həmçinin müsabiqənin keçiriləcəyi paytaxt Bakıya barədə turistlər üçün maraqlı və faydalı informasiyalar yerləşdiriləcək.
Qeyd edək ki, Avropa Yayımları Birliyinin nümayəndələri ilə keçirilmiş son iclasda saytın hazırlıqları ilə bağlı müzakirələr olub.
Sayt tezliklə təqdim ediləcək.
Modern.az