Qazaxstan prezidenti Nursultan Nazarbayev Janaozendə baş vermiş hadisələrlə bağlı dünən gecə Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Modern.az “Kazakstan Touday” agentliyinə istinadən bildirir ki, prezident hadisənin ciddi şəkildə araşdırılmasını tapşırıb.
“Neftçilərin əmək mübahisələrini hadisələrdən öz cinayətkar niyyəti üçün bəhrələnmək istəyən quldur elementlərin hərəkətləri ilə qarışdırmaq olmaz”-deyə Nazarbayev qeyd edib.
İğtişaşlar nəticəsində həlak olanlardan “təəssüf hissi” keçirdiyini deyən Nazarbayev dərhal əlavə edib ki, polis öz xidməti vəzifəsini yerinə yetirib. “Biz bu iğtişaşın kimlər tərəfindən maliyyələşdiyini, bunun arxasında hansı qüvvələrin durduğunu açacağıq”-deyə prezident vurğulayıb. Nazarabayev əlavə edib ki, “KazmunayKaz” neft şirkəti ilə fəhlələr arasında yaranmış əmək mübahisələrini həll etmək üçün xüsusi dövlət komissiyası yaradılıb. “Kütləvi etiraz aksiyaları indi dünyanın müxtəlif ölkələrində baş verir. Bunların çoxu dünyada baş verən maliyyə böhranı səbəbindən baş verir. Biz isə bu ilər ərzində ölkədə sülhü, sabitliyi möhkəmləndirmişik. Biz bunun pozulmasına heç bir halda imkan verməyəcəyik”-deyə Nazarbayev bildirib. . Prezident vurğulayıb ki, dövlət bundan sonra da qanunun bütün sərtliyi ilə sabitliyi pozan belə cəhdlərin qarşısını alacaq: “Biz bütün bu məsələləri ayırd edəcəyik”. Nazarbayev bildirib ki, Janaozendə sbaitlik bərpa edilənədək fövqaladə vəziyyət davam edəcək. X.SƏFƏROĞLU