Modern.az

Koalisiya Şurasının heyəti dəyişdi

Koalisiya Şurasının heyəti dəyişdi

19 Dekabr 2011, 10:31

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib.

Qurumun Informasiya xidmətidən verilən bilgiyə görə, 163 qeyri-hökumət təşkilatını özündə birləşdirən MSŞT Koalisiyasının ali tədbiri bu dəfə də iştirakçılıq və fəallıq baxımından diqqət çəkib. Yığıncaqda Şura və Monitorinq Qrupunun hesabatı dinlənilib, ötən iki il ərzində  görülmüş işlər, keçirilmiş tədbirlər, əldə olunmuş uğurlar və mövcud çətinliklərdən bəhs olunub.  Hesabatətrafı çıxışlardan sonra  Şura və Monitorinq Qrupunun fəaliyyəti qənaətbəxş hesab olunub.

Koalisiya Əsasnaməsinə bəzi əlavə və dəyişikliklər edən Yığıncaq iştirakçıları Azərbaycanda MSŞT prosesinin gedişatındakı  problemlər,  üçtərəfli Memorandumun pronsiplərinə tam əməl olunmaması barədə bəyanat da qəbul ediblər.  Bəyanatda neft gəlirlərinin xərclənməsində səmərəliyin və şəffaflığın təmin olunmamasından narahatlıq ifadə olunub.

Ümumi Yığıncaqda MSŞT Koalisiyasının yeni Şurası və Monitorinq Qrupu formalaşdırılıb. Səsvermənin nəticələrində görə, növbəti iki il ərzində Koalisiyanın idarəedici orqanını Sabit Bağırov, Vüqar Bayramov, Elçin Abdullayev, İlqar Hüseynli,  Mübariz Tağıyev, Azər Mehdiyev, Nicat Dağlar, Əli Quliyev, Rafiq Təmrazov, Razi Nurullayev və Məhəmməd Talıblı təmsil edəcək.

Monitorinq Qrupunun heyəti isə Sevil Allahverdiyeva, Oqtay Gülalıyev, Rəfail Becanov, Lətafət Məlikova və Asif Yusiflidən ibarət olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal