Modern.az

Sabiq deputatlar haradadırlar? (V yazı)

Sabiq deputatlar haradadırlar? (V yazı)

Parlament

19 Dekabr 2011, 12:46

Dördüncü çağırış Milli Məclisə seçkilərin 1 ili artı       q geridə qalıb. Son parlament seçkisindən sonra üçüncü çağırış Milli Məclisin üzvləri olmuş 38 nəfər deputat mandatı ilə vidalaşmalı oldu. 

Modern.az saytının əməkdaşı 2005-2010-cu illərdə deputat olmuş sabiqləri axtarıb, hal-əhval tutur.

Qeyd edək ki, dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinin 65 yaş müəyyənləşdirilməsi bəzi sabiq deputatların yeni işlə təmin olunması məsələsini xeyli çətinləşdirib. Çünki sabiqlərdən bəziləri dövlət orqanlarında rəsmi vəzifəyə təyinat alacaqlarını gözləyirdilər. Amma onların yaş həddi artıq bunu əngəlləyir.

8 saylı Binəqədi birinci seçki dairəsinin sabiq deputatı Arzu Səmədbəyli saytımıza bildirdi ki,  siyasi işlə məşğuldur.
“Müsavat Partiyasının Məclis sədriyəm. Başqa hər hansı bir işlə məşğul deyiləm”.
“Milli Məclisin fəaliyyətini izləyirsinizmi” sualını keçmiş deputat belə cavablandırdı: “Son vaxtlar dördüncü çağırış Milli Məclisin fəaliyyətinə o qədər də diqqət edə bilməmişəm, amma ara-sıra çalışıram ki, izləyim. Keçmiş deputat həmkarlarımdan yalnız Müsavat deputat qurupunun üzvləriylə demək olar ki, hər zaman bir aradayıq. Zaman-zaman toplaşırıq, söhbətləşirik,  görüşürük fikir mübadiləsi aparırıq”.

43 saylı Sumqayıt ücüncü seçki dairəsinin sabiq deputatı Nizami İgəndərovun özü ilə əlaqə saxladıqda mobil telefonuna sürücüsü cavab verdi. O, Nizami müəllimin hazırda heç yerdə işləmədiyini bildirdi: “Nizami müəllimə heç bir iş təklif olunmayıb və hazırda heç bir rəsmi işdə çalışmır”.

107 saylı Qazax seçki dairəsinin sabiq deputatı Vaqif Səmədoğlu saytımıza bildirdi ki, o da heç bir işdə çalışmır.
“Bu da mənim yaşımla əlaqadardı. Artıq o yaşım deyil ki, hansısa rəsmi işdə çalışım”.
“Milli Məclisin fəaliyyətini izləyirsinizmi” sualına sabiq millət vəkili belə cavablandırdı: “Dördüncü çağırış Milli Məclisin fəaliyyətini əlbəttə izləyirəm. Həm yazılı mətbuat vasitəsilə, həm də televiziya vasitəsilə. Keçmiş həmkarlarımla da mütəmadi əlaqə saxlayıram”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR