Türkiyə Rusiya vətəndaşlarına xarici pasport olmadan, yalnız Rusiyanın şəxsiyyət vəsiqəsi ilə səfər etməsinə şərait yaratmaq istəyir. Bu məsələnin martın 28-də Antalyada Türkiyə və Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında görüşdə müzakirəyə çıxarılacağı gözlənilir. Rusiya vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə daxil olması təhlükəsizlik baxımından hansı problemlərə səbəb olmayacaq ki?
Məsələ ilə bağlı Modern.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfiqarov sözlərinə görə, bu addımın məqsədi bəllidir, onlar istıyirlər ki, Rusiyadan turist axını daha da güclənsin:
“Məqsəd bundan ibarətdir ki, turizm üçün yaradılan infrastruktur Türkiyə dövlətinə, iqtisadiyyatına xeyir gətirsin. Eyni zamanda, bunun siyasi tərəfi də var. Türkiyə bununla dünyaya göstərmək istəyir ki, Rusiya ilə münasibəti hansı səviyyədədir. Ancaq yaxşı münasibətləri olan ölkələr bu cür üsulları tətbiq edirlər”.
T.Zülfüqarov deyib ki, rus turistlərin daxili pasportları ilə Türkiyəyə girişinin təhlükəli tərəfi olmaz:
“Qeydiyyat yenə də aparılacaq, sadəcə pasport üzərində yox, şəxsiyyət vəsiqələri üzərində olacaq. Türkiyə bütün məsələləri göz önünə alaraq belə bir atıb”.