Ukraynalı şoumen Vladimir Zelenski Ukrayna prezidenti olmaq üçün yaxşı şanslara malikdir.
Modern.az xəbər verir ki, bu barədə 31 mart seçkiləri öncəsi Qərb mediası yazır.
Zelenski “Xalqın qulu” serialında çəkilərək populyarlıq qazandı. Həmin serialın lisenziyası hətta “Netflix” onlayn-kinoteatrı tərəfindən satın alınmışdı.
“Zelenski öz antielitar baxışı və sosial şəbəkələrdəki reklam kampaniyası ilə seçicilərin, xüsusilə gənclərin diqqətini özünə cəlb etmişdi. Onlar hazırki Pyotr Poroşenko administrasiyasından narazı olan gənclərdir”-deyə CNN yazır.
Paralel olaraq, o, siyasətçi oliqarx İqor Kolomoyskinin marionetkası olmaqda ittiham olunur. Belə ki, aktyorun verilişləri əsaasən, Kolomoyskinin telekanalında çıxır.
Martın 31-də baş tutacaq seçkilərin ilk turuna Vladimir Zelenski ilə hazırki prezident Pyotr Poroşenkonun çıxması gözlənilir.