Bu gün Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. Modern.az Prezidentin rəsmi internet saytına istinadan xəbər verir ki, dövlət başçısı və xanımı Mehriban Əliyeva Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə məlumat verilib.
Modern.az