Modern.az

Sumqayıtda partlayış: 1 ölü, 3 yaralı

Sumqayıtda partlayış: 1 ölü, 3 yaralı

Aktual

27 Mart 2019, 21:23

Sumqayıtda poladəritmə sexində baş verən partlayışda yaralananlardan biri dünyasını dəyişib.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınıb.

 

Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular