Modern.az

Sabiq prezident 45 aylıq həbsə atıldı

Sabiq prezident 45 aylıq həbsə atıldı

Dünya

28 Mart 2019, 00:38

Sabiq prezident 45 ay müddətinə azadlıqdan məhrum edilib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Argentinanın sabiq prezidenti Karlos Menemin barəsində məhkəmə qərar çıxarıb.

Məlumata görə, K.Menem əmlakın dəyərindən aşağı qiymətə satılması yolu ilə vəsaitin mənimsənilməsində ittiham olunub.

 

88 yaşlı sabiq prezidentə, həmçinin dövlət vəzifələrindən birinə təyin olunması ilə bağlı ömürlük qadağa da tətbiq olunub. Onunla birgə sabiq iqtisadiyyat naziri Dominqo Kavalyo da 3,5 il müdddətinə azadlıqdan məhrum edilib.

 

Elan olunmuş ittiham Menemin 1991-ci ildə üzləşdiyi qalmaqalla bağlıdır. Həmin vaxt o, ölkənin aparıcı kənd təsərrüfatı cəmiyyətlərindən birini dəyərindən qat-qat aşağı qiymətə satmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı