Modern.az

Türkiyədəki 31 mart seçkilərində azərbaycanlıların ŞANSI...  

Türkiyədəki 31 mart seçkilərində azərbaycanlıların ŞANSI...   

Dünya

28 Mart 2019, 08:49

Türkiyədə bələdiyyə seçkilərinin keçrilməsinə bir neçə gün qalıb. 31 tarixində Türkiyə vətəndaşları səs vermək üçün sandıq başına keçəcəklər. Vaxt azaldıqca, ölkədə həyəcan da artır. Əslində budəfəki bələdiyyə seçkiləri əvvəlkilərdən bir çox xüsusiyyətinə görə fərqlənir. Bundan öncəki bələdiyyə seçkilərində partiyaların planları olurdu və  xalqın qarşısına çıxırdılar. Çünki yerli seçimlərdə bələdiyyələrin hansı işlər görəcəyi xalqı maraqlandıran məsələdir. Yollar, idman komleksləri, əyləncə mərkəzlərininin inşası, su pulunun, gediş haqqının azaldılması və s. kimi önəmli vədlər verilirdi...
Seçimlərdə namizədlər  partiyaları və rəqiblərini  öncəki yerli seçimlərdə vəd verib görmədiyi işlər üzərindən tənqid edirdilər. Bu dəfə tənqidlərin də yönü dəyişib.

2019-cu ilin yerli seçimləri bələdiyyədən çox parlament və prezident seçkilərinə bənzəyir.  Namizədlər daha çox siyasi mesaj verir, bir-birlərini Amerika və Avropaya işləməkdə ittiham edirlər. Müxalifət hətta  yerli seçimlə hakimiyyəti yıxacağını düşünür. O üzdən də onlara ayrılan zamanlarda 3 dəqiqə  seçim projelərindən danşıb, digər zamanı siyasi mesajlara həsr edirlər.  

İstanbulda məhəllə-məhəllə gəzən namizədlər vətəndaşlarla siyasi mesajlar üzərindən danışır, söhbətə gələnlərə çicək verərək dəstək istəyir ki, bu da bələdiyyə seçimlərində ilkdir. Bu seçimlərdə dövlətin təbliğata və partiyalara ayırdığı maddi dəstəklə yanaşı, iş adamları da maraqlıdır.

281 dərnək və 21 QHT hakim partiyaya – AKP-yə dəstək verir.

İzmirdə isə iş adamları daha çox CHP-ni dəstəkləyirlər. İzmirdə iş adamları "İş Dünyası Platformu" qurub. 120 iş adamı CHP-nin İzmir namizədi Tunç Soyerə dəstək verəcək.  

Partiyaların nüfuzuna gəlincə,  Ege bölgəsində insanlar daha çox CHP-ni, Güney doğuda HDP-ni, Ankaraya qədər bölgələrdə mühafizkar kəsim AKP-ni dəstıkləyir.  

Bu seçimlərdə bizim marağımızda olan bir məsələ isə Azərbaycan kökənli namizədlərdir. Qeyd edim ki, İğdırda son iki dönəmin seçkilərində azərbaycanlıların sayı çox olsa da, məğlubiyyətə uğrayıblar. Buna səbəb isə azərbaycanlıların İğdırda parçalanmasıdır. Çünki hər dəfə seçimlərdə AKP və MHP Azərbaycan kökənli namizəd irəli sürürdü. İki azərbaycanlı namzəd olduğuna görə də səslər bölünürdü. Beləliklə də, 18 min azərbaycanlı seçicisi olan İğdirda seçimləri 9 min kürd vətəndaş qazanırdı.

Bu dəfə isə mənzərə fərqli oldu. İğdırdan yenə iki namizəd irəli sürülmüşdü. Adil Aşırım və İsa Yaşar Tezel. Amma “Cümhur İttifaqı” Adil Aşırımın nazmizədliyini geri çəkərək, vahid namizəd kimi İsa Yaşar Tezeli  saxladı. Bu isə o deməkdir ki, İğdırda 18 min səs vahid namizədə gedəcək. Bununla da İğdırda Azərbaycan kökənli namizədin şansı artır.
Qeyd edək ki, Ərdahan və Ərzuurmda da Azərbaycan kökənli namizədlər var. 


Məhsəti Şərif,
İstanbul

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı