Modern.az

Gürcüstanda Azərbaycanı təbliğ edən ailənin qatilinə ağır CƏZA

Gürcüstanda Azərbaycanı təbliğ edən ailənin qatilinə ağır CƏZA

Dünya

28 Mart 2019, 12:28

Gürcüstanın Qori şəhər məhkəməsi 20 yaşlı Malxaz Kobaurini ABŞ-dan olan Smit ailəsinin 3 üzvünü amansızlıqla qətlə yetirməkdə təqsirli bilib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, məhkəmə onu ömürlük azadlıqdan məhrum edib.

Prokuror Zaza Datukişvilinin təqsirinin tam sübuta yetirildiyini açıqlayıb. Kobaurinin nəinki özünü təqsirli bilmədiyi, həm də istintaqı çaşdırmağa çalışdığı aydınlaşıb. Kobauri ailənin guya əcnəbi şəxslər tərəfindən öldürüldüyü və ondan susmaq tələb olunduğunu istintaqa demişdi.

 

Kobauri andlılar məhkəməsi tərəfindən təqsirli bilinib və ömürlük azadlıqdan məhrum edilib. Qatilin anasının halı məhkəmə zalında pisləşib və onu təcili yardım maşınında ərazidən uzaqlaşdırıblar.

 

Xatırladaq ki, Rayan və Lora Smit cütülü ilə onların 4 yaşlı oğlu 2018-ci il iyulun 11-də Hada dərəsində öldürülüblər. Onlar Gürcüstana köçməzdən qabaq, Azərbaycanın Şəki rayonunda yaşadıqları və Azərbaycan xalçaçılığını öyrənərək Gürcüstanda təbliğ etdiyi məlumdur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi