Ule-Qunnar Sulşer rəsmən “Mançester Yunayted” klubunun baş məşqçisi olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, klub mütəxəssislə 3 illik müqavilə imzalayıb.
46 yaşlı baş məşqçi 2018-ci ilin dekabrında Joze Maurinyonun istefaya göndərilməsindən sonar baş məşqçi funksiyalarını icra edirdi.
Norveçli mütəxəssisin başçılığı altında “Mançester Yunayted” 14 matçda qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 3 oyunu uduzub.