Modern.az

Ermənistanda “qanunda oğru” keçmiş nazirlə qohum olacaq

Ermənistanda “qanunda oğru” keçmiş nazirlə qohum olacaq

Dünya

28 Mart 2019, 15:23

Erməni mənşəli məşhur “qanunda oğru” Armçen Kazaryan (Pzo) qızını keçmiş nəqliyyat naziri Eduard Madatyanın yaxın qohumuna ərə verir.

 

Modern.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır.

 

54 yaşlı Kazaryanın uzun illər ABŞ-da yaşadığı məlumdur. O 1991-ci ildə Rostov-na-Donu şəhərində “taclandırılıb”. ABŞ-da Pzo ləqəbli Kazaryan “Mediker” tibbi sığortalama sisteminin işinə müdaxilə edərək erməni əlbirləri ilə birlikdə 165 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunurdular.

Eduard Madatyana gəlincə, o 2000-ci ilə qədər deputat, 2000-2001-ci illərdə isə nəqliyyat naziri postunu icra edib.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi