Modern.az

Ukraynada prezident seçkilərinin favoritlərinin son REYTİNQİ

Ukraynada prezident seçkilərinin favoritlərinin son REYTİNQİ

Dünya

28 Mart 2019, 17:20

Ukraynada prezident seçkilərinin əsas favoriti Vladimir Zelenski olmaqda davam edir.

 

Modern.az Ukraynanın “Reytinq” sosioloji qrupunun keçirdiyi rəy sorğularına əsasən xəbər verir ki, ölkə sakinlərinin 26,6%-i aktyor və prodüser Zelenskini dəstəkləyir.

 

Reytinqin ikinci pilləsində gedən hazırki prezident Pyotr Poroşenko və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonu isə təxminən 17% seçici dəstəkləməyə hazırdır. Qalan 36 namizədin hamısının reytinqi isə 10%-dən azdır.

Sorğu martın 22-27-si tarixlərində 3 min nəfər arasında keçirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi