Modern.az saytının məlumatına görə, Prezident İlham Əliyev «Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında» Qanunu, eyni zamanda, bu qanunun tətbiq edilməsi barədə fərman imzalayıb.
Qeyd edək ki, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 438 milyon manat, xərcləri 17 milyard 072 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 938 610,5 min manat, yerli gəlirləri 499 389,5 min manat və mərkəzləşdirilmiş xərcləri 15 779 160,0 min manat, yerli xərcləri 1 292 840,0 min manat) məbləğində təsdiq edilib.
"Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Prezidentin fərmanı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
"Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanunu