Modern.az

Ruslar postsovet ölkələrini tərk edir – Azərbaycan istisnadır

Ruslar postsovet ölkələrini tərk edir – Azərbaycan istisnadır

Dünya

29 Mart 2019, 11:38

Rusiyada soydaşlarının könüllü qayıdışı proqramı qəbul olunduğu ildən (2007-ci il) 826 min nəfər rus milliyətindən olan şəxs MDB ölkələrindən Rusiyaya köç edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, 2017-ci ildə Rusiyaya 118,8 min, 2018-ci ildə 107,7 min sakin köçüb.

 

Son 12 ildə Rusiyaya köçənlər arasında Qazaxıstan (35,3%), Ukrayna (19,2%), Tacikistan (11,8%), Ermənistan (9,7%) və Moldova (8,6%) təşkil edib.

Köçənlərin 25%-i 18 yaşdan gənc olanlar 5%-i təqaüdçü və 72%-i iqtisadi aktiv, 43%-i isə ali təhsillii sakinlərdir.

 

Maraqlıdır ki, statistik məlumatlarda Azərbaycanda yaşayan rus mənşəli vətəndaşların tarixi vətənlərinə köçmə tempi göstərilməyib. Bu isə Ermənistandan fərqli olaraq, Azərbaycanda yaşayan rusların özlərini təhlükəsiz və yaşadıqları ölkənin tamhüquqlu vətəndaşı kimi hiss etməsi ilə bağlıdır.

 

  

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı