Modern.az

"Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi başa çatdı

"Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi başa çatdı

Qarabağ

20 Dekabr 2011, 12:19

"Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi çərçivəsində Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə yaxınlaşdırılması istiqamətində bir çox işlər görülüb.

Bunu layihənin yekun konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib: "Bunlardan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu artıq qüvvəyə minib, Tikinti və Şəhərsalma Məcəlləsi dekabrın 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq, Rəqabət Məcəlləsi üzrə işlər isə davam edir".

,Aparat rəhbəri deyib ki, "Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi 2009-cu ilin sentyabr ayından həyata keçirilir və bu layihə 280 tvinninq layihələrinin içində demokratik inkişafa gətirən ən öncül layihə hesab olunur.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan ictimaiyyətinin Avropa İttifaqı barədə məlumatlandırılması istiqamətində də işlər görülüb. Onun sözlərinə görə, bununla bağlı müvafiq internet saytı yaradılıb və kifayət qədər uğurla fəaliyyət göstərib.

Tədbirdə Litva Seymi Aparatının rəhbərinin müavini, tvinninq layihəsinin rəhbəri Qedeminas Aleksonis bildirib ki, iki ildən çox davam edən layihə çərçivəsində Azərbaycanın qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılıb.

"Layihənin digər uğuru da Avropa parlamentarilərinin Azərbaycanı daha yaxından tanıması oldu", - o deyib.

Aleksonisin sözlərinə görə, bu müddət ərzində keçirilən 60-a yaxın birgə tədbirdə 7 Avropa ölkəsinin ekspertləri və parlamentariləri iştirak edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal