Modern.az

Nazirlik Bakıda ucuz bayram yarmarkaları təşkil edəcək

Nazirlik Bakıda ucuz bayram yarmarkaları təşkil edəcək

20 Dekabr 2011, 13:06

Yeni il bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına tələbatı artır. Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək.

Modern.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki,istehlakçılar bu yarmarkalarda müxtəlif ərzaq mallarını daha ucuz qiymətə əldə edə biləcəklər.

Yarmarkaların təşkil ediləcəyi tarixlər və ünvanlar barədə tezliklə əlavə məlumat veriləcək.

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...