Modern.az

Azərbaycan və Ermənistan liderləri mətbuata açıqlama verməyəcəklər

Azərbaycan və Ermənistan liderləri mətbuata açıqlama verməyəcəklər

29 Mart 2019, 17:52

Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşündən sonra mətbuata açıqlama verilməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Vyanada erməni jurnalist Tatul Akopyan açıqlama verib. Onun sözlərinə görə, görüşü Ermənistan tərəfdən 4 KİV, Azərbaycan tərəfdən isə AzTV dövlət televiziyası və prezidentin şəxsi fotoqrafı işıqlandırır.

 

Xatırladaq ki, görüşün keçirildiyi Vyananın “Bristol” mehmanxanasında 2016-cı ilin mayında Azərbaycan və Ermənistan prezidentləri də görüşmüşdü.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi