Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman, səhər az çiskin olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Rayonlarında isə sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 3-8 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına gəlincə yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bəzi yerlərdə duman, səhər saatlarında az çiskinli olacaq. Mülayim cənub küləyinin dekabrın 22-də şimal küləyi ilə əvaz olunacağı, maksimal temperaturun 9-14 dərəcə isti təşkil edəcəyi gözənilir.
Modern.az