Modern.az

Bakıda Avropanın ən böyük qapalı əyləncə şəhərciyi açılır

Bakıda Avropanın ən böyük qapalı əyləncə şəhərciyi açılır

20 Dekabr 2011, 14:47

“Megafun”da hər gün 2 min nəfər əylənə biləcək

Gələn ilin martında Bakıda daha bir əyləncə mərkəzi fəlaiyyətə başlayacaq. “Yeni Həyat” şirkətinə məxsus “Megafun” adlı bu layihə öz miqaysına görə Avropada ən böyük qapalı əyləncə məkanı olacaq.

“Megafun” 11 min kv.metrə yaxın ərazini əhatə edəcək. Burada 170 oyun aparati, 17 attraksion, 7 kinoteatr (ənənəvi və 5D), buz meydançası və Azərbaycanda ilk dəfə 16 xətli boulinq zalı yerləşəcək. “Megafun” tərkibində yaşayış mənzilləri, ofislər, SPA və fitnes mərkəzləri, uşaq bağçası, gözəllik salonu olan bütöv bir kompleksin tərkib hissəsi kimi nəzərdə tutulub.

“Yeni Həyat”ın inşa edəcəyi əyləncə mərkəzinə Türkiyənin “Meridyen” şirkəti 30 milyon dollar civarında sərmayə yatırıb. Bu haqda jurnalistlərə şirkəin rəhbəri Hüseyn Özalp məlumat verib. Dediyinə görə, bu məkana ABŞ, İngiltərə, İspaniya, Yaponiya və Koreyadan ən müasir avadanlıqlar, oyun aparatları gətiriləcək. İndiyə qədər mövcud olan qapaılı əyləncə mərkəzlərindən fərqli olaraq burada buz meydançası, həm də daha yeni attraksionlar – Qorxu şəhəri, Sulu təpələr və s. yer alacaq.

Ümumlikdə “Megafun” gündə 2 min nəfərə xidmət göstgərmək iqtiarında oacaq. Gələcəkdə Sumqayıt, Gəncə şəhərlərində, Naxçıvan, Lənkəran, Şəki , Xaçmaz bölgələrində də bu mərkəzlərin yaradılması planlaşdırılır. “Yeni Həyat” rəhbərliyi ümid edir ki, bu mərkəz bölgədən, qonşu ölkələrdən Azərbaycana turistlərin cəlb olunmasına da yardım edəcək.

F.Sabirqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...