Milli Məclis ilə Avropa Parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
Bunu mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
O qeyd edib ki, hazırda saziş üzərində iş gedir və onun yaxın zamanlarda imzalanması planlaşdırılır.
“Burada həm deputatların, həm də parlament icra strukturlarının birgə fəaliyyəti nəzərdə tutulur. Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisinin birgə hazırladığı "Nizama salınmanın təsirinin qiymətləndirilməsi haqqında" qanun layihəsi artıq hazırdır. Bu sənədin hazırlanmasına 2 il vaxt sərf olunub”.
Aparat rəhbəri onu da deyib ki, layihənin hazırlanmasında Avropa təcrübəsinə xüsusi önəm verilib: “Hazırda layihə üzərində tamamlanma işləri gedir və iş başa çatan kimi baxılması üçün müvafiq qurumlara göndəriləcək”.
Modern.az