Bu gün Ukraynada prezident seçkiləri keçiriləcək.Modern.az-ın məlumatına görə, 39 namizəd prezident olmaq uğrunda mübarizə aparacaq.
Ukraynada prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası rəsmən 2018-ci il dekabrın 31-də başlanılıb. Ukrayna Mərkəzi Seçki Komissiyası seçkilərə 44 namizədi qeydə alsa da, sonradan onlardan 5 nəfəri martın 7-dək könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib.
Seçki məntəqələrinin təhlükəsizliyi üçün 39 min polis cəlb olunub.
Seçki ərəfəsində keçirilən sorğuların nəticələrinə görə, bugünkü mübarizə əsasən üç namizəd arasında gedəcək: Bunlar şoumen Vladimir Zelenski, hazırkı prezident Pyotr Poroşenko və “Batkovşina” partiyasının sədri Yuliya Timoşenkodur.