Modern.az saytı xəbər verir ki, dekabrın 20-də Prezident yanında Əfv Komissyasının iclası keçirilib. İclasda Əfv Komissiyası müraciətlərlə bağlı ümumi məsələlərə baxıb. Komissiyadan saytımıza bildiriblər ki, dekabrın 21-də yenidən toplaşacaqlar. Sabahki iclasda təkliflərlə bağlı yekun qərar qəbul olunacaq.
Məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününədək Prezident İlham Əliyevin əfv fərmanı və ya sərəncamı imzalayacağı gözlənilir. Siyahıda neçə məhkumun olacağı məlum deyil. Bu, Azərbaycan Respublikasında veriləcək 50-ci əfv qərarı olacaq. Komissiyadan saytımıza onu bildiriblər ki, bu dəfəki əfv daha çox məhkuma şamil olunacaq.
Modern.az