Suriyadan qaçan yerli vətəndaşların ölkəyə qayıdışı davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, son bir sutkada Suriyaya 923 qaçqın qayıdıb.
Məlumata görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 248 qaçqın (75 qadın, 126 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 675 qaçqın (203 qadın, 344 uşaq) öz ölkəsinə qayıdıb.
Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 132 Suriya vətəndaşı qayıdıb.