Modern.az

İstanbulda AKP,  Ankara, İzmir, Antalyada CHP LİDERDİR 

İstanbulda AKP,  Ankara, İzmir, Antalyada CHP LİDERDİR 

Dünya

31 Mart 2019, 23:44

Türkiyədə keçirilən bələdiyyə seçkilərində səslər sayıldıqca böyük şəhərlərdə nəticələr daha da aydınlaşır. Modern.az xəbər verir ki, son məlumata görə, artıq seçki qutularının 85 faizi açılıb.

Artıq İstanbul, Ankara, İzmir, Antalya,  Manisa kimi böyük şəhərlərdə kimin qələbə qazandığını söyləmək olar.

Səsvermənin nəticələrinə görə, Ankara, Antalya, İzmirdə Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyub. 

Ankara - CHP 50.31 faiz, AKP 47.45 faiz

Antalya - CHP 50.70 faiz, AKP 46.61 faiz

İzmir - CHP 58.15 faiz, AKP 38.29 faiz

 

Hakim Ədalət və İnkişaf Partiyası İstanbulda CHP-ni cüzi faizlə üstələyir. Bu şəhərdə AKP 48.90, CHP isə 48,48 faiz səs alıb.

 

Manisada isə Milliyyətçi Hərəkat partiyası 53.70 faizlə qalib gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir