Modern.az

Türkiyədə bələdiyyə seçkilərinin son NƏTİCƏLƏRİ: AKP İstanbulu itirə bilər

Türkiyədə bələdiyyə seçkilərinin son NƏTİCƏLƏRİ: AKP İstanbulu itirə bilər

1 Aprel 2019, 09:56

Türkiyədə keçirilən bələdiyyə seçkilərində 99,01% bülleten hesablandıqdan sonra nəticələr məlum olub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, AKP (Ədalət və İnkişaf Partiyası) 44,42% səslə öndədir. İkinci pillədə qərarlaşan CHP-də 30,07%, İyi Parti 7,46%, MHP 7,25%, HDP 4,22%, Saadet 2,68%, DSP 0,99% və müstəqil namizədlər 0,93% səs toplayıblar.

Seçici siyahısında 57 milyon, 93 min 410 nəfərin adı olsa da, seçici aktivliyi 84,54%-ə çatıb (47 milyon 784 min 882 nəfər).

 

İstanbul bələdiyyəsinə seçkilərdə mübarizənin kəskinliyi ilə seçildiyi və Binəli Yıldırımın cüzui səs faizi ilə öndə olduğu xəbər verilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir