İstanbul Bələdiyyəsi uğrunda seçkilərdə müxalifət partiyası - CHP-nin namizədi Əkrəm İmamoğlu qələbə qazanıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Seçki Komisisyasının sədri Sadi Güvən açıqlama verib.
“Bu an üçün Əkrəm İmamoğluna gələn səs sayı 4 milyon 159 min 650, Binali Yıldırım üçün səs verənlərin sayı isə 4 milyon 131 min 761 nəfərdir”.
Seçki nəticələri CHP-nin 25 ildən sonra İstanbul Bələdiyyəsinə yeni sədrin seçilməsi anlamına gəlir.
xxx
Türkiyənin hakim AKP partiyası İstanbul bələdiyyəsi uğrunda mübarizəni faktiki olaraq uduzub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhər üzrə səslərin 99,63%-i hesablandıqdan sonra CHP-li namizəd Əkrəm İmamoğlu səslərin 48,80 faizini toplayıb. Onun AKP-dən olan əsas opponenti Binali Yıldırım isə səslərin 48,48%-ni toplayaraq ikinci pillədə gedir.
İki namizəd arasında fərqin 27 min 371 səsə bərabər olduğu məlumdur. Bu isə faktiki olaraq, CHP namizədinin qalib gəlməsi deməkdir.
Əzizə Zeynal