Ukraynada prezident seçkilərinin 2-ci turu aprelin 21-də baş tutacaq.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.
Seçki bülletenlərinin 60%-ı hesablandıqdan sonra 2-ci tura hazırkı prezident Pyotr Poroşenko ilə şoumen Vladimir Zelenskinin çıxdığı məlumdur.