Modern.az

“Qərbi azərbaycanlılara çağırışı ancaq ölkə Prezidenti edə bilər” - Əvəz Ələkbərov  

“Qərbi azərbaycanlılara çağırışı ancaq ölkə Prezidenti edə bilər” - Əvəz Ələkbərov   

Aktual

2 Aprel 2019, 12:08

Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və maliyyə institutları kafedrasının müdiri, keçmiş maliyyə naziri Əvəz Ələkbərov son günlərin müzakirədə olan məsələləri barədə Modern.az-ın suallarını cavablandırıb.

- Əvəz müəllim, Novruz bayramı öncəsi cənab Prezident növbəti dəfə böyük Əfv sərəncamı imzaladı. Öncə, cənab Prezidentin bu addımı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Prezident İlham Əliyevin əfvlə bağlı sərəncamı bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Neçə-neçə  ailələrə sevinc bəxş olunub. Əfv sərəncamının imzalanması humanist prinsiplərə əsaslanan ciddi bir addımdır. Məşhur alman kansleri Otto Bismarkın bir kəlamı var: “Azadlıq hər kəsin gəzdirə bilmədiyi zinətdir”.

- Əfv olunanlar arasında keçmiş səhiyyə naziri Əli İnsanov da var. Ancaq Əli İnsanov azadlığa çıxan kimi, Qərbi azərbaycanlıları da ətrafına yığacağını bildirdi. Keçmiş səhiyyə nazirinin bu addımını necə qiymətləndirirsiniz?

- Qərbi azərbaycanlılar ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatın bütün sahələrində şərəflə işləyirlər, onlar Azərbaycan vətəndaşlarıdırlar. Onların adından ancaq Prezident İlham Əliyev danışa, onlara cağırış edə bilər. Ona görə ki, ölkə Konstitusiyasina görə o məsuliyyət ondadır. Digər tərəfdən isə  cənab prezidentin  babalarının ikisi də Qərbi azərbaycanlıdır. Vətəndaşlar görürlər ki, ölkəmizdə hansı işlər gürülür. Beynəlxalq imicimiz günü-gündən artır. Hamı bilir kimin arxasınca getmək lazımdır. Biz müstəqil dövlətik, kim nə deyir desin, əfv qərarını ölkə Prezidenti özü qəbul edir, onun təşəbbüskarı və ideya müəllifi məhz dövlət başçısıdır.

- Gündəmdə müzakirə olunan məsələlərdən bir də keçmiş əmək və əhalinin sosial müdafi naziri Əli Nağıyevin YAP-çılara yönəlik ittihamlarıdır. Əli Nağıyev YAP üzvləri barədə “bilmirəm YAP-ın 700 min inəyi var, yoxsa yox” deyib. Uzun müddət YAP-ın Siyasi Şurasının üzvü olmuş şəxkimi onun bu fikirlərinə münasibətiniz necədir?

- Mən bir neçə gün mətbuata diqqətlə baxa bilməmişdim. Elmlər doktoru, professor, sabiq nazir, diplomat, YAP-ın yaradılmasında ciddi xidmətləri olan şəxsin belə söz deməsinə inana bilmirəm. Bu “heç bir məntiqə sığmır, ağlımıza gətirə bilmərik ki, belə ifadə işlətmək olar”. Aparıcı partiyanı və onun üzvlərini təhqir etmək yolverilməzdir. YAP-ın gördüyü misli görünməz işlər göz qabağındadır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!