Modern.az

Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslər aeroportda borclarını ödəyə biləcək

Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslər aeroportda borclarını ödəyə biləcək

2 Aprel 2019, 18:36

Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.

Modern.az bildirir ki, bu haqda  AZAL-ın "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.

Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir