Moskvada MDB dövlət başçılarının dünən keçirilən qeyri-rəsmi sammitində birlik ölkələrində keçirilən gələcək seçkilər müzakirə edilib. Modern.az Rusiya KİV-lərinə istinadən bildirir ki, zirvə görüşündə Birlik ölkələrində keçirilən prezident və parlament seçkiləri zamanı MDB-dən olan müşahidəçilərin rolunun gücləndirilməsi qərara alınıb.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev zirvə görüşünün sonunda bildirib ki, Qərb müşahidəçiləri seçki zamanı əsas məqsəd olaraq diqqəti çatışmamazlıqlara yönəldir. “Qərbin seçkini müşahidə edən nümayəndələri bu faktları seçkinin sonuna qədər əllərində saxlayırlar. Seçki tamamlandıqdan sonra açıq şəkildə bu faktları açıqlayırlar”-deyə Lebedev vuğulayıb.
Lebedev bildirib ki, yeni qərara görə, Birlik ölkələrində keçirilən seçkilərdə iştirak edən MDB üzrə müşahidəçilər “obyektivlik prisipini əldə rəhbər tutmalı və ölkələrin daxili işlərinə qarışmamalıdırlar”.
Xatırladaq ki, MDB-nin yaradılmasının 20 illiyinə həsr edilən zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
X.SƏFƏROĞLU