Modern.az

Medianın vəziyyəti, məmurlardan asılılığı, jurnalistlərin qeyri-peşəkarlığı (FOTOLAR)

Medianın vəziyyəti, məmurlardan asılılığı, jurnalistlərin qeyri-peşəkarlığı (FOTOLAR)

21 Dekabr 2011, 18:44

Xaçmazda “Region mediası bu gün... problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Dekabrın 21-də Xaçmaz rayonunda “Region mediası bu gün... problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda millət vəkili Vahid Əhmədov, “Antenn” teleradio kampaniyasının prezidenti Rüstəm Əliyev, professor, media eksperti Zeynal Məmmədli, professor, media eksperti, Qulu Məhərrəmli, “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev, Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq və yerli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, eləcə də respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən media nümayəndələri, yerli icra hakimiyyətlərinin vəzifəli şəxsləri iştirak edib.

Konfransda regional medianın mərkəzlə əlaqələrinin möhkəmləndirilməsi, regionda çalışan jurnalistlərin peşəkarləğının artırılması və mövcud digər problemlərin həlli yolları müzakirə olunub.

Konfransda çıxış edən “Regional Medianın İnkişafına Yardım” ictimai birliyinin sədri, tanınmış telejurnalist Məhsim Məhsimov Azərbaycanın regionlarında fəaliyyət göstərən media orqanlarının bir sıra problemlərinin olduğunu qeyd edib. O, ən vacib problem kimi peşəkar jurnalistlərin çatışmazlığı və reklam bazarının zəif olmasından gileylənib.

Millət vəkili Vahid Əhmədov ümumiyyətlə Azərbaycanda medianın inkişafı üçün xüsusi proqrama ehtiyyac olduğunu vurğulayıb. O, mediada ciddi analitik yazıların olmamasından, eləcə də jurnalistlərin mövcud problemləri işıqlandırılmaqda aktivlik nümayiş etdirmədiklərini dilə gətirib.

Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev da mediada peşəkar kadrların yoxluğunu əsas problem olduğunu deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda peşəkar jurnalistlərin sayı azdı.

“Yeni Nəsil” Jurnalsitlər birliyinin sədri Arif Əliyev regionlarda fəaliyyət göstərən jurnalistlər üçün yeni proqramın reallaşacağını bildirib. Arif Əliyev bir neçə il davam edəcək xüsusi proqramda jurnalistlərin peşəkarlığının artırılması yönündə bir sıra layihələrin həyata keçiriləcəyini söyləyib.

Media eksperti, professor Qulu Məhərrəmli regionlarda fəaliyyət göstərən bir sıra qəzetlərin məmurlardan asılı olduğunu bu üzdən müstəqilliklərini itirdiyi qeyd edib.

Media eksperti Zeynal Məmmədli mediaya yardım sahəsində isə bir sıra xarici ölkələrin təcrübəsində istifadə etməyin əhəmiyyətindən danışıb.

“Antenn” teleradio şirkətinin prezidenti Rüstəm Əliyev son 5 ildə regionlarda rəqəmsal daxili şəbəkə ilə təchiz olunan televiziya kanallarının fəaliyyət göstərməsini müsbət hal kimi qiymətləndirib.

Qeyd edək ki, konfrans konfrans heç bir qrant layihəsi çərçivəsində deyil, “Regional Medianın İnkişafına Yardım” ictimai birliyinin dəstəyi ilə baş tutub.





Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...