Modern.az

Kibertəhlükəsiz ölkələr – Azərbaycan dünyada neçəncidir? - SİYAHI

Kibertəhlükəsiz ölkələr – Azərbaycan dünyada neçəncidir? - SİYAHI

3 Aprel 2019, 15:07

Kibertəhlükəsizlik baxımından dünya ölkələrinin yeni reytinqi hazırlanıb.

 

Modern.az xəbər verir ki, “Global Cybersecurity İndex 2018” adını almış reytinqdə toplam 175 ölkə yer alıb. Siyahı Beynəlxalq Eketroəlaqə İttifaqı (ITU) tərəfindən tərtib olunub.

Reytinq üçün qanunvericilik bazası, texniki məlumatlar, kooperasiya və keyfiyyətin yüksəkliyi və s. nəzərə alınıb.

 

Kibertəhlükəsizlik baxımından ən etibarlı ölkələrin ilk üçlüyünə Böyük Britaniya, ABŞ və Fransa daxildir. Rusiya siyahıda 26-cı, Gürcüstan 18-ci, Azərbaycan isə 55-ci pillədə qərarlaşıb. Maraqlıdır ki, öz IT sahəsinin sürətli inkişafından danışan Ermənistan 79-cu, qardaş Türkiyə 20-ci, İran isə 60-cı pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi