Bir qrup Azərbaycan QHT-si Fransa parlamentinə müraciət edib. Modern.az həmin müraciəti təqdim edir:
- Biz, Azərbaycan sivil toplum təmsilçiləri olaraq, “erməni soyqırımı”nın inkarını cinayətə çevirən, buna görə cəza təyin edən qanun layihəsinin yaxın günlərdə Fransa parlamentində səsverməyə çıxarılmasını qətiyyətlə pisləyir, bu addımdan gecikmədən çəkinməyi tələb edirik. Birinci Dünya müharibəsi zamanı baş verən olaylara tarixçilərin qiymət verməsi, ortaq tarixin araşdırılması üçün uyğun elmi komissiyaların qurulması kimi Türkiyə hökümətinin təşəbbüslərini tamamilə dəstəkləyirik. Həmin təşəbbüslər, Fransanın keçmiş prezidenti Jak Şirakın ötən əsrin ortalarında Əlcəzairdə milyonlarla insanın öldürülməsini Fransanın törətdiyi “genosid” kimi təqdim edənlərə verdiyi tövsiyyə ilə üst-üstə düşür. Fransa prezidenti Nikola Sarkozinin isə özünün seçki məqsədləri üçün istifadə etdiyi üsullar həm Fransanın, həm də bütövlükdə Avropanın demokratik ruhuna kökündən ziddir. Sözü gedən qanun layihəsi qəbul edilərsə, ATƏT-in Minsk Qrupunun həmsədri Fransanın Qarabağ münaqişəsinin həllindəki rəsmi roluna daha bir ağır kölgə düşəcək, Fransanın vasitəçiliyindən imtina tələbi Azərbaycan toplumunda daha da möhkəmlənəcək. Azərbaycan-Fransa dostluğu naminə, Fransanın demokratik ənənəsinin şərəfli örnək kimi qorunması naminə sizləri həmin qanun layihəsindən dərhal imtina etməyə çağırırıq. - Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri; - İlqar İbrahimoğlu, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri; - Zərdüşt Əlizadə, politoloq; - Ilqar Məmmədov, REAL hərəkatının həmsədri; - Eldar Namazov, Azərbaycan naminə İctimai Forumun sədri - Leyla Əliyeva, Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri; - Mehriban Vəzir, yazıçı, publisist; - Erkin Qədirli, REAL hərəkatının həmsədri; - Rəşid Hacılı, Media Hüquqları İnstitutunun direktoru; - Vahid Qazı, “İnam” Plüralizm Mərkəzinin rəhbəri; - Ruhəngiz Hüseynova, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri; - Anar Usubov, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı - Nicat Səmədoğlu, jurnalist; “Zerkalo” qəzeti; - Sülhəddin Əkbər, Avro-Atlantik Şuranın sədri; - Əvəz Həsənov, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri - Sabit Bağırov, FAR-Center Mərkəzinin prezidenti - İradə Bağırova, Qarabağ Şurası