Modern.az

Yunanıstanda meşə yanğını başlayıb

Yunanıstanda meşə yanğını başlayıb

3 Aprel 2019, 22:37

Yunanıstanın Peloponnes bölgəsində Strofiliya meşə qoruğunda yanğın baş verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda yanğın Falari bölgəsi istiqamətində genişlənir. Güclü külək yanğının söndürülməsinə mane olur.

 

Bölgənin qubernatoru Apostolos Katsifaras bildirib ki, bu, son illərdə gördüyü yanğınların ən güclüsüdür. Qeyd edib ki, hadisə yerinə yanğınsöndürən təyyarələr və maşınlar cəlb olunub.

 

Qeyd edək ki, Strofiliya meşə qoruğu Yunanıstanda ən böyük şam meşəsidir. Meşə 22 kvadrat kilometr sahəsi olan milli parkın və Ramsar Konvensiyası tərəfindən qorunan "Natura 2000" şəbəkəsinin bir hissəsini təşkil edir. Buranı hər gün yüzlərlə insan ziyarət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi