Modern.az

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

3 Aprel 2019, 23:56

ABŞ senatında respublikaçılarla demokratların nümayəndələri birlikdə Rusiyaya qarşı ABŞ-dakı seçkilərə güman edilən müdaxiləyə cavab olaraq yeni məhdudiyyətlər paketi hazırlayıblar.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, “Deter Act” kimi məşhur olan qanun layihəsinin məqsədi “ABŞ-da seçkilərə xarici müdaxilənin yolverilməzliyi”dir.

Aprelin 3-də dərc edilən sənəddən bəlli olur ki, qanun layihəsi Rusiyanı Çin, İran, Şimali Koreya və senatorların fikrincə, ABŞ-dakı seçkilərə təsir etmək istəyən digər ölkələrlə eyni sıraya qoyur. Lakin Rusiyaya qarşı sanksiyalara sənədin xeyli böyük hissəsi həsr olunub.

 

Düzəlişlərə əsasən, ABŞ konkret banklara və energetika şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edə bilər. Zərbə altına “Sberbank”, VTB, “Qazprombank”, VEB (“Vneşekonombank”), “Rosselxozbank”, həmçinin “Qazprom”, “Rosneft” və “Lukoil” düşə bilər. Layihədə həmçinin Rusiya ilə əlaqəli dağ-mədən, kosmik və digər sahə müəssisələri qeyd olunur ki, onların adları çəkilmir.

 

Bundan əlavə, amerikalılar Rusiya suveren borcu, dövlət istiqrazları və Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərin borc öhdəliklərinin ABŞ yurisdiksiyası altına düşən tranzaksiyalarını məhdudlaşdırmaq niyyətindədirlər. Bundan əlavə, şəxsi sanksiyalar altına düşmüş “yüksək vəzifəli rusiyalı siyasi fiqurların və top-menecerlərin” aktivlərinin bloklanması və dondurulması tətbiq olunacaq. Mülkiyyətin müsadirəsi haqqında bu dəfə söhbət getmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi