Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin 1-ci turu üzrə səslərin sayılması prosesini tamamlayıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, şoumen Vladimir Zelenski 1-ci turda səslərin 30,24%-ni, hazrkı prezident Pyotr Poroşenko 15,95%-ni, keçmiş baş nazir Yuliya Timoşenko isə 13,4%-ni toplayıb.
Beləliklə, 21 apreldə prezident seçkilərinin 2-ci turunda Pyotr Poroşenko və Vladimir Zelenski prezident postu uğrunda mübarizə aparacaq.