Modern.az

Gənclərin karyerası müzakirə olunacaq

Gənclərin karyerası müzakirə olunacaq

22 Dekabr 2011, 10:46

Akademi Təhsil Mərkəzi gənclərə  karyera qurmaqda dəstək olmaq məqsədilə «Akademi karyera seminarı» layihəsi çərçivəsində növbəti tədbirini keçirəcək.

Bu barədə Modern.az saytına layihələr üzrə meneceri Razi Vəliyev məlumat verib.

O qeyd edib ki, seminar çərçivəsində növbəti görüş 23 dekabr saat 12:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin konfrans zalında keçiriləcək.

Məruzəçilər televiziyadakı fəaliyyəti ilə yanaşı, uğurlu biznes karyerasına start vermiş teleaparıcı İlkin Həsəni, Azərbaycanda KİV və PR texnologiyalar üzrə ekspert Əli Hacızadə, KANAL 13 internet kanalının icraçı direktoru Əziz Orucov, «Modern Marketing Group» Şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri Yusif Vəliyev, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev  və Akademi Təhsil Mərkəzinin layihələr üzrə meneceri Razi Vəliyevdir.

Seminarın qonaqları, gənc olmalarına baxmayaraq, jurnalistikada, televiziya sektorunda, biznes və başqa fəaliyyət sahələrində uzun illərin təcrübəsinə sahib, peşəkar şəkildə karyeralarını qurmuş şəxslərdir. Məruzəçilər uğurlu biznes və karyera qurulmasına dair fikir və təcrübələrini tələbələrlə bölüşəcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...