“Qərb Rusiyanın hərbi aqressiyası halında nüvə zərbəsi endirə bilər”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın keçmiş quru qoşunları komandanı Valdemar Skşipçak açıqlama verib.
“Qırmızı Ordunun Polşada irəliləməsinin qarşısı almaq üçün amerikalıların nüvə silahından istifadə etmək niyyəti doğrudur. Hazırda isə analoji plan Putinin belə addım atmasına qarşı olacaq. Hərbi baxımdan bu məntiqli addım olacaq”.
Polşanın keçmiş müdafiə naziri Antoni Matserevits Rusiyadan qorunmaq üçün ordunun gücləndirilməsinin vacibliyindən danışıb. Eks-nazir heç bir Avropa ölkəsinin təkbaşına Rusiyaya qarşı mübarizə apara bilməyəcəyini deyib.